Lippert hesabdan narazı qaldı

Lippert hesabdan narazı qaldı
XƏBƏR 15 Avqust 2012 / 23:03 1761
-  A +

Azərbaycan U-21 milli komandasının baş məşqçisi Bernhard Lippert bu gün Estoniya yığmasıyla yoxlama oyunundan (2:0) sonra mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis komandasının oyunundan həm razı, həm də narazıqalıb:

"İlk hissədən qətiyyən razı qalmadım. Futbolçular ancaq top ötürməklə məşğul olduqlarından rəqibə çətin anlar yaşatmırdılar. Ancaq ikinci hissədə aqressiv və sürətli futbol oynadıq. Bir neçə qol imkanı yaratdıq. Məni narazı salan əsas məqam hesabın daha böyük olmamasıdır".

Son xəbərlər