Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə idmançılarının 2012-ci il London Yay Olimpiya Oyunlarında göstərdikləri nəticədən razı qalıb.
Saakaşvili 1 qızıl, 3 gümüş, 3 bürünc medal əldə edən olimpiyaçılarla fəxr etdiyini bildirib.
O bildirib ki, əhali sayı ilə medal sayını müqayisə etdikdə, görmək olar ki, Gürcüstan dünyada ilk sıralarda yer alan ölkələrdəndir: “Biz “qızılgül inqilabı”nadək “bürünc dövrü”ndə idik. İndi isə “qızıl dövrü”ndəyik. Mən belə nailiyyətlə fəxr etməyə bilmərəm. Bu, bizim balaca ölkəmiz üçün çox gözəl nəticədir”.
Gürcüstan millisi üçün London olimpiadası qalmaqalsız da keçinməyib. Cüdoçu Betkil Şukvani öz məğlubiyyətində hakimləri və Milli Olimpiya Komitəsini günahlandırıb. Onun fikrincə, komitə hakimlikdən şikayət etməli idi. Şukvani Gənclər və İdman Nazirliyini də ona təzyiq göstərməkdə ittiham edib. Cüdoçu mehmanxanadakı otağına nazir müavini gələrkən, pəncərədən tullanaraq, qaçmaq məcburiyyətində qaldığını vurğulayıb. O, özünə qarşı qərəzli münasibəti müxalifəti dəstəkləməsi ilə əlaqələndirib.
Saakaşvili isə Şukvaninin addımına belə reaksiya verib: “Bizim qızıl, gümüş və bürünc medal sahiblərimizlə yanaşı, belə məlum olur ki, mehmanxana pəncərəsindən tullanma üzrə bir rekordçumuz da var. Lakin mehmanxana pəncərəsindən tullanma olimpiya növləri sırasında deyil. Belə insanlar da var”.
Qeyd edək ki, Mixail Saakaşvili ilk dəfə 2004-cü il yanvarın 25-də Gürcüstan prezidenti seçilib. Həmin il Afinada keçirilmiş olimpiadada qonşu ölkə 2 qızıl, 2 gümüş medala sahib olub. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 3 qızıl, 3 bürünc medal qeydə alınıb. London olimpiadasında isə medal əyarında aşağı göstərici olsa da, medal sayında artım baş verib. Gürcüstan olimpiadalar tarixində ilk qızıl medalını Saakaşvilinin hakimiyyətə gəlişindən sonra əldə edib. Həmin vaxtadək Atlanta-1996-da 2 bürünc, Sidney-2000-də 6 bürünc qazanmaq mümkün olmuşdu.
lent.az
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir