Zaur Həşimovun durumu naməlumdur

XƏBƏR 11 May 2009 / 15:57 2270
-  A +

“Bakı” ilə ilk kubok matçında zədələnən “Qarabağ”ın müdafiəçisi Zaur Həşimovun durumu hələ ki, naməlum olaraq qalır. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə, dizində problemi olan futbolçunun zədəsi tədricən normallaşsa da, onun konkret olaraq nə zaman yaşıl meydanlara qayıdacağı məlum deyil. Zaur üçün mövsümün bitdiyini də düşünmək olar. Durumu düzələrsə, o yalnız ölkə kubokunun “İnter”lə keçiriləcək final matçında “Qarabağ”a kömək edə biləcək.


 

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner