Aleks: "Türkiyədə yalnız "Fənərbaxça"da oynayaram"

Aleks: "Türkiyədə yalnız "Fənərbaxça"da oynayaram"
XƏBƏR 15 Avqust 2012 / 03:09 1928
-  A +

"Fənərbaxça" klubunun kapitanı Aleks de Suoza gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu "Twitter" sosial şəbəkəsində karyerasını bitirdikdən sonra Türkiyədə qalmayacağını açıqlayıb:

"Karyeramı bitirdikdən sonra Türkiyədə qalmayacağam. Böyük ehtimalla vətənim Braziliyaya qayıdacağam. Digər klublardan gələcək təkliflər məni maraqlandırmır. Çünki Türkiyədə yalnız "Fənərbaxça"da oynayaram".

Qeyd edək ki, 2004-cü ildən "Fənərbaxça"nın şərəfini qoruyan Aleks keçiridiyi 240 oyunda 136 qola imza atıb.


Son xəbərlər