Ötən həftə Azərbaycan Premyer Liqasında II turun oyunları oynanıldı. Təəssüflə qeyd etməliyik ki, yerli telekanallarla Peşəkar Futbol Liqası (PFL) dil tapa bilmədiyindən futbolsevərlər yenə heç bir qarşılaşmanı televiziya vasitəsilə izləyə bilmədilər. Turun diqqət çəkən məqamlarından biri də son ölkə çempionu “Neftçi” ilə son ölkə kubokunun qalibi “Bakı”nın yeni mövsümə məğlubiyyətlə başlaması oldu.
“Bakı” - “Simurq” - 0:0
Bu oyunu şəxsən canlı olaraq stadiondan izlədiyimdən daha konkret danışa bilərəm. İlk baxışda hər kəs düşünə bilər ki, “Bakı” 2 xal itirdi. Çünki həm çempionluğa oynayır, həm də rəqibini evdə qəbul edir. Ancaq mən birmənalı şəkildə iddia edirəm ki, “Simurq” 2 xal itirdi. İzləyənlər də bilir ki, Zaqatala klubu həmin qarşılaşmada daha çox qol epizodu yaxaladı və daha istəkli oynadı. Düzdür, limit məsələsinə görə Bandoviç bəzi legionerlərin xidmətindən istifadə edə bilmədi. Ancaq bu, xal itkisini sığortalamağa əsas vermir. Ona qalsa, “Simurq” da eyni limit əsasında heyət formalaşdırıb. Düşünürəm ki, Zaqatala təmsilçisinin epizodu qaçırdan futbolçuları bir qədər təcrübəli olsaydı, qonaqlar evə 3 xalla dönə bilərdi. Ancaq deyim ki, komandada əzmkarlıq, istək görünürdü. “Bakı”ya gəlincə, etiraf edim ki, “Mura” ilə oyundan sonra da bu komandada yeni bir şey görmədim. Yeni baş məşqçi Bandoviçi ilk oyundaca tənqid etmək istəmirəm. Ən azı onun fəaliyyətinə qiymət vermək üçün 4-5 tur gözləməliyik. Lakin ilk təəssürat olaraq deyim ki, gözümə müsbət olaraq nəsə dəymədi. Bunu da xüsusi vurğulamalıyam ki, 2 yerli gənc həmin günü bütün legionerlərdən daha üstün oynadı. Söhbət Nurlan Novruzovla Namiq Ələsgərovdan gedir. Xüsusilə 38 nömrə altında çıxış edən Ələsgərov mənim üçün tapıntı oldu.
“Xəzər Lənkəran” - “Kəpəz” - 4:0
Bu oyunla bağlı danışarkən, “Xəzər Lənkəran”ın qələbəsindən çox, “Kəpəz”in məğlubiyyətinə toxunmaq istəyirəm. Lənkəran klubu haqqında qısaca onu deyim ki, böyükhesablı qələbə nə qədər gözəl osla da, bunun eyforiyasına qapılmaq lazım deyil. Həmin “Kəpəz”i “Turan” da gedib Gəncədə udmuşdu. “Xəzər Lənkəran”daha ciddi oyunlara kimi mütləq bir neçə ciddi transfer etməlidir. Artıq vaxta da az qalıb. “Kəpəz”ə gəlincə, bəziləri büdcəni önə çəkə bilər, amma deyim ki, ötən mövsüm də Gəncə təmsilçisinin büdcəsi indikindən çox deyildi. Amma komanda daha yaxşı oynayırdı. Cari mövsümün ilk iki turu göstərdi ki, komanda bu mövsümə hazır deyil. Ötən mövsümün aparıcı futbolçuları olan Ceyhun Sultanovla, Sabir Allahquliyevin yerinə hələ də layiqli əvəzləyici tapılmayıb. Artıq iş o yerə çatıb ki, yerli azarkeşlər baş məşqçi Fuad İsmayılovun istefasını tələb edirlər. Məncə AZAL-la 3-cü tur qarşılaşması İsmayılov üçün son şans olmalıdır. Əgər komanda bu oyunda da məğlub olarsa, istefa qaçılmazdı. Nə qədər gec deyil bu addımı atmaq lazımdı. İsmayılovun yerinə mümkün namizəd kimi isə, şəxsən mən Mahmud Qurbanovu görürəm. Hər halda “Kəpəz” rəhbərliyi ona şans verə bilər. Əgər bu gün Yunis Hüseynov, Tərlan Əhmədov kimi bir vaxtlar Mahmudla çiyin-çiyinə oynamış mütəxəssislər bu sahədə çalışırsa, Mahmud da bunu bacarar. Çoxları deyə bilər ki, Hüseynovla Əhmədovun məşqçi kimi təcrübəsi daha çoxdur, amma Mahmud futbolu bu yay qurtarıb. Lakin unutmayın ki, Yunis Hüseynov “Karvan”ı qəbul edəndə heç ikinci məşqçi təcrübəsi də yox idi. Amma ilk ilində Yevlax klubuna bürünc medalları qazandırdı. Deməli, əsas olan inamdı.
“Qəbələ” - “İnter” - 1:0
“Qəbələ” - “İnter” matçını izləyənlər “İnter” 3-4 real imkanı boşa verdiyinin şahidi oldu. Hətta “bankirlər”in baş məşqçisi Kaxaber Sxadadze də oyunsonrası mətbuat konfransında dedi ki, “bir hücumçu ki , 4 real imkanı boşa verirsə, deyəcək başqa söz yoxdur”. Deməli, Qəbələ klubunun müdafiəsində və orta xəttində ciddi boşluqlar var. Hansı ki, ilk turda Zaqatalada da bu boşluqlar diqqətdən qaçmamışdı. Yəqin ki, baş məşqçi bununla bağlı tədbir görəcək. “İnter”ə gəlincə, mən hələ mövsüm öncəsindən də demişdim ki, artıq Sxadadzenin “İnter” dönəmi bitib. Bu məşqçi istefa verib getməlidir, onun yerinə yeni məşqçi gəlməlidir, yeni heyət, yeni komanda qurulmalıdır. Əgər “İnter” rəhbərliyi gürcüyə inanırsa, qoy, inansın.
AZAL - “Rəvan” - 3:1
Hələ ilk turun yekunları ilə bağlı yazdığım yazıda da qeyd etmişdim ki, Vaqif Sadıqov pis komanda yığmayıb. Sadəcə, futbolçular hələ tam olaraq, bir-birlərinə uyğunlaşmayıblar. Bu cür problemlər isə tədricən yoluna qoyulur. Ancaq AZAL futbolçularının, xüsusən də yeni transferlərin ayrı-ayrılıqda yüksək texniki imkanlara malik olduğu “Sumqayıt”la oyunda diqqətdən qaçmamışdı. Bu mənada, onların “Rəvan”ı məğlub etməsi mənə təəccüblü gəlmədi. Təəccüblü gələn “Rəvan”ın rəqibinə bu cür acizanə şəkildə təslim olması oldu. Vurulan 1 qol da AZAL-ın 3:0-dan sonra arxayınlaşması nəticəsində oldu. Unutmayaq ki, Cavad Gülər əcnəbidir. Bu gün Vaqif Sadıqov ona məğlub olsa, hardasa başa düşmək olar. Ancaq Gülər bura gəlibsə, aldığı pulun qarşılığını bu cür ödəməməlidir. “Rəvan” rəhbərliyi qarşıya ilk “altılığ”a düşmək məqsədi qoyub. Əgər AZAL Gül.rin komandasına çox rahatlıqla 3 top vurursa...
“Turan” - “Sumqayıt” - 0:1
Bu oyun haqqında uzun-uzadı danışmağa ehtiyac görmürəm. “Sumqayıt” 1 saata yaxın azlıqla oynamasına baxmayaraq belə, “Turan”ı səfərdə məğlub edirsə, bu, artıq iki komanda arasındakı səviyyə fərqinin göstəricisidir. Düzdür, “Turan” ilk turda səfərdə “Kəpəz”i məğlub etməklə hamını şoka salmışdı. Lakin “Kəpəz”in Lənkəranda darmadağın olması göstərdi ki, bu gedişlə hamı Gəncə klubunu asanlıqla məğlub edəcək.
“Qarabağ” - “Neftçi” - 1:0
Bu oyunu da PFL-in saytından canlı olaraq izlədiyimdən fikirlərimi daha konkret deyə bilərəm. “Hapoel” məğlubiyyətindən sonra “Neftçi” cari mövsümə də məğlubiyyətlə başladı. Buna bir çox səbəb göstərirlər. Komanda oyunlara baş məqşçisiz çıxır, “Hapoel”lə ilk oyundan sonra əsas heyətin 3 futbolçusu komandadan uzaqlaşdırıldı, ard-arda oyunlar, yorğunluq... Ancaq bunlar nə “Neftçi”nin məğlubiyyətinə bəraət verməlidir, nə də “Qarabağ”ın qələbəsinə kölgə salmalıdır. Sabah “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşsə, artıq iki cəbhədə mübarizə aparmalı olacaq. Bu, bir oyun deyil ki, PFL-ə deyəsən təxirə sala. Odur ki, bəhanə ola biləcək səbəbləri qoyuraq kənara. Konkret bu oyunda “Qarabağ” rəqibindən üstün oynadı, istəkli oynadı, 3 xalı daha çox istədi və yekunda bunu qazandı. Bundan başqa, Qurban Qurbanov çox düzgün taktiki gediş edərək, əla formada olan Vüqar Nadirovu sağ cinah yarımmüdafiəçisi mövqeyində meydançaya buraxdı. Görünür, “Qarabağ”ın baş məşqçisi avrokubok oyunlarında Bertuççinin hücumdan müdafiəyə dönüşdə mövqe səhvlərinə yol verdiyini gözəl görmüşdü. Bu mənada sürətli Nadirov əla silah idi ki, Qurbanov da bundan istifadə elədi. Matçı izləyənlər də gördü ki, Vüqar oyun boyu Bertuççini cinahda üstələdi.
Anar XANLAROV
"Real" yeni transferini açıqladı
"Milan" Modriçin keçidini rəsmiləşdirdi
"Komandamdan narazı qalmadım" - Elmar Baxşıyev
Modriç "Milan" azarkeşlərinə səsləndi
"Araz-Naxçıvan" Superliqa klubuna uduzdu
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Real"ın oyunçusu: "Betis" mənim evimdir"
PSJ-nin kapitanı: "Bu məğlubiyyət bizə dərs olacaq"
"İmişli"nin yayda daha iki rəqibi bəlli oldu
Klublararası dünya çempionatının rəmzi komandası
"Sumqayıt" onu da göndərdi
Adama Diakabi Almaniya klubuna keçdi
Daha bir azərbaycanlı futbolçu Qırğızıstan klubunda
“Qarabağ” İsveçdə qələbə ilə başladı
U-15 "Region Kuboku"nun qalibi məlum oldu - Şəkillər
"Barselona" transferi açıqladı
Dünya çempionatının ən yaxşıları
Avropa birinciliyi: 4 boksçumuz finalda
Mahir Emrelini vurdular, ara qarışdı - Video+Şəkillər
"Neftçi" İsrail və Polşa klubları ilə qarşılaşacaq
Redon Cica "Qarabağ"la belə vidalaşdı
Azərbaycan boksçusu Portuqaliyada qızıl medal qazandı
Dünya çempionu olan “Çelsi”nin fantastik gəliri
"Turan Tovuz"un növbəti rəqibi məlum oldu
"Futbolu Səudiyyə Ərəbistanına uduzduq"
“Fənərbaxça”dan yeni transfer
"Çelsi"ni dünya çempionu edən matçdan - Video
“Neftçi”də növbəti ayrılıq
Klublararası dünya çempionatının qalibi bəlli oldu
"Arsenal" Gyökereş üçün 80 milyon ödəməyə hazırdır
"Liverpul" yoxlama oyunu keçirdi
PSJ onunla yeni müqavilə imzalamaq istəyir
"Atalanta" Gürcüstan millisinin hücumçusu ilə maraqlanır
"Biz 3 və ya 4 dəfə Çempionlar Liqasını qazana bilərdik"
Yeni tikilən Gəncə stadionundakı durum - Şəkillər
"Liverpul" futbolçusunu Rodriqo ilə dəyişmək istəyir
"Real"da iki ayrılıq baş verə bilər
"İmişli" daha bir legioneri transfer etdi - Rəsmi
"Neftçi"nin sabiq hücumçusu ərəb klubunda - Rəsmi
“Real”dan “Benfika”ya keçdi
"Qalatasaray"dan 5 qollu qələbə - Video
Firminonun yeni klubu bilindi
"Fənərbaxça" rəhbərliyində daha bir istefa
18 ildən sonra qayıtdı, qol vurdu, zədələndi