1223 gündən sonra "Xəzər Lənkəran"dan dörd qol

XƏBƏR 14 Avqust 2012 / 11:36 2014
-  A +

Premyer Liqanın II turunda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” ölkə çempionatlarındakı ev matçlarında ardıcıl 2-ci böyükhesablı qələbəsini qazandı.

Qol.Az-ın məlumatına görə, ötən mövsümə “Qarabağ” üzərindəki 4:1 hesablı qələbə ilə yekun vuran Yunis Hüseynovun yetirmələri yenə 4 qol vurmaqla bunu bacardı.
 
Bu, “Xəzər Lənkəran”ın tarixində 49-cu belə qələbəsidir. Ölkə çempionatında 37-ci fərqli qələbəyə sevinən futbolçular kubokda 11, “Birlik kuboku”nda 1 dəfə böyükhesablı qələbə qazanıb. Hüseynovun rəhbərliyi altında 2-ci böyükhesablı qələbə həm də mütəxəssisin fəaliyyəti vaxtındakı ən böyük fərq qeydə alınıb.
 
Ümumilikdə isə tarixində 22-ci dəfə 4 və daha çox fərqlə qalib gələn komanda 1223 gün idi ki belə zəfər çalmırdı. Buna sonunсu dəfə 2009-cu il aprelin 5-də təsadüf olunub. Həmin vaxt “Standard” Lənkərandan 0:4 hesablı yenilgi ilə ayrılıb. 2008/09 mövsümündəki həmin qələbədən sonra 3 top fərqinə dəfələrlə nail olunsa da, belə darmadağın qeydə alınmırdı.

Son xəbərlər