2012-ci il London Yay Olimpiya Oyunlarında uğursuzluğa düçar olan Türkiyənin yunan-Roma güləşi üzrə yığma komandasının 2 məşqçisi istefa verib.
Qol.Az-ın məlumatına görə, Bayram Özdəmir və Salih Yılmaz istefa ərizələrini Türkiyə Güləş Federasiyasına təqdim ediblər.
Yılmaz deyib: “Olimpiadada uğursuz olduq. Bunu gizlətməyin heç kimə xeyri yoxdur. Mən və Özdəmir istefa verdik. Hazırda Londonda olan daha 8 məşqçi isə Türkiyəyə qayıtdıqdan sonra qərar verəcək. Ortada bir uğursuzluq var və lazımi addım atmaq lazımdır”.
Qeyd edək ki, London olimpiadasında Türkiyə pəhləvanlarından yeganə medalı yunan-Roma güləşçisi Rza Kayaalp qazanıb. O, 120 kq çəki dərəcəsində bürünc medala sahib olub. Qardaş ölkənin yunan-Roma güləşi üzrə yığma komandasının əvvəlki baş məşqçisi hazırda Azərbaycan millisinə rəhbərlik edən Salih Bora olub. Bora 20 ildən çox Türkiyə yığmasında məşqçi və baş məşqçi vəzifələrində çalışıb.
2011-ci il dünya çempionatı öncəsi qan dəyişikliyinə ehtiyac duyulduğunu bildirən Türkiyə Güləş Federasiyası onun köməkçiləri ilə yolları ayırmaq qərarına gəlib. Uzun müddətdir komandası ilə birgə çalışan Bora buna etiraz əlaməti olaraq istefa verib. Onun rəhbərliyi altında Türkiyənin yunan-Roma güləşi üzrə milli komandası 2008-ci il Avropa 3-cülüyünə, 2009-cu il dünya çempionluğuna, 2010-cu ildə Avropa və dünya 2-ciliyinə nail olub.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"