Londonda keçirilən XXX Olimpiada başa çatdı. Budəfəki yarışda 53 idmançı ilə iştirak edən komandamızın müstəqillik dövrünün ən uğurlu Olimpiadasına imza atdı. İdmançılarımız London-2012-də 2 qızıl, 2 gümüş və 6 bürünc olmaqla ümumilikdə 10 medal qazandılar. Qol.Az-ın məlumatına görə, ANS PRESS ölkənin tanınmış şəxslərinin Olimpiadada idmançılarımızın göstərdikləri nəticələrlə bağlı fikirlərini təqdim edib:
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Mən London-2012-də idmançılarımızın iştirakını izlədim. Mənim üçün bizim həm güləşçilər, həm boksçuların döyüşləri maraq doğurdu. Hesab edirəm ki, daha çox uğur qazana bilərdik. Xüsusən boksçularımızda belə imkan vardı. Olimpiadanın son günlərində bizim qızıl medal alan güləşçilərimizin döyüşləri ilə qürur duydum. Xüsusən son illər belə qələbələr Qarabağ müharibəsində məğlubiyyət kompleksi olan Azərbaycan xalqı üçün çox vacibdir. Belə qələbələr özünə güvəni, özünə inamı yaratmaq üçün bizə çox faydalıdır”.
Futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Şahin Diniyev: “Uğurlarımız göz qabağındadır. 10 medal qazanmaq kiçik bir ölkə üçün böyük bir qəhrəmanlıqdır. Əsasən də güləşçilərimiz həqiqətən də sübut etdilər ki, bu idman Azərbaycanda ənənəsi olan idman növüdür”.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vaqif Əliyev: “Hər dəfə olduğu kimi bu Olimpiya oyunlarında da idmançılarımız yaxşı nəticələr göstərdilər. Xüsusən güləşçilərimizin qazandığı uğurlar təqdirəlayiq nəticədir. 2 qızıl, 2 gümüş, 6 bürünc, ümumilikdə 10 medalla ölkəmizin 205 dövlət arasında 30-cu olması Azərbaycan üçün əla nəticədir. Bütün bu məsələlərdə sözsüz ki, dövlət başçısı, Milli Olimpia Komitəsinin prezidenti cənab İlham Əliyevə minnətdar olmalıyıq. Çünki onun birbaşa idmana rəhbərliyi Azərbaycanı dünya ölkələri arasında, Olimpiya hərəkatında uğur qazanmasına səbəb olub. Ümid edirik ki, növbəti Olimpia oyunlarında, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində daha yaxşı uğur qazanacağıq və medallarımızın da sayı daha çox olacaq.
Çox arzu edərdik ki, bizim voleybolçu qızlarımız da Olimpiya oyunlarında iştirak etsinlər. Bundan ötrü federasiyanın rəhbərliyi artıq indidən komandalar qarşısında bu məqsədi qoyub. Çalışacağıq ki, növbəti olimpiya oyunlarında Azərbaycanı voleybolçu qızlarımız da təmsil etsinlər”.
Millət vəkili Aydın Mirzəzadə: “Ümumilikdə həm oyunlara hazırlığı, həm də idmançıların çıxışlarını müsbət qiymətləndirirəm. Azərbaycan idmanı beynəlxalq aləmdə reytinqini itirmədi. Azərbaycan özü üçün qeyri-ənənəvi idman növlərində də artıq müəyyən nəticələr əldə edə bilib. Hər olimpiadadan olimpiadaya medallarımızın sayının artması, yeni idman qəhrəmanlarımızın ortaya çıxması əlbəttə bizi çox sevindirir. Bu Azərbaycanda dövlət tərəfindən idmana, Olimpiya hərəkatına böyük qayğının nəticəsidir”.
Müğənni Baloğlan Əşrəfov: “Əvvəldən axıra kimi idmançılarımızın çıxışlarını izlədim. İdmançılarımız uduzan zaman çox dilxor olurdum. Yaxşı ki, axıra yaxın bizim Toğrul Əliyev, istər Şərif Şərifov qızıl medal qazanmaqla dünyaya sübut etdilər ki, Azərbaycanın da gözəl idmançıları var. Təbii ki, mən idmançılarımızın qələbəsinə sevinir, uğursuzluqlarına kədərlənirəm. Lakin Toğrulun qələbəsinə hönkürtü ilə ağladım. Evdə də buna bir az narahat oldular. Əlbəttə kədərdən əlavə sevinc göz yaşları da var. Toğrulun qələbəsinə sevincimdən özümü saxlaya bilmədim. Gümüş və bürünc medal alan idmançılarımıza da Allah can sağlığı versin. Onların hamısı Azərbaycan bayrağının dalğalanmasında böyük rol oynadı.
Politoloq Rasim Ağayev: “Olimpiya Oyunlarında medal qazanmaqla yanaşı iştirak da vacibdir. Olimpiadada bu cür təmsil olunmaq isə böyük uğurdur. Ümid edirəm ki, növbəti yarışlarda biz daha yaxşı nəticələr əldə edəcəyik”.
Bakı Bələdiyyə Teatrının aktyoru İlqar Musayev: “Təbii ki, hər bir azərbaycanlı kimi olimpiya oyunlarını ailəlikcə izləyirdik. İdmançılarımızın uğuruna çox sevindim. Ümid edirəm ki. Növbəti Olimpiya oyunlarında daha böyük nəticələr əldə edəcəyik”.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"