SOCAR Türkiyə I Liqasından sponsorluq təklifi alıb

SOCAR Türkiyə I Liqasından sponsorluq təklifi alıb
XƏBƏR 13 Avqust 2012 / 21:58 2654
-  A +

Futbol üzrə Türkiyə çempionatının I Liqasına titul sponsorluğu ilə bağlı SOCAR-a təklif ünvanlanmasına dair xəbərlər rəsmən təsdiqlənib.

Bu haqda Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev açıqlama verib.

O bildirib ki, çempionatın yayım hüququna malik TRT tərəfindən həqiqətən də SOCAR-ın Türkiyə nümayəndəliyinə belə bir təklif gəlib: “Amma hələlik nə nümayəndəliyimiz, nə də SOCAR-ın özündə bu məsələyə baxılmayıb”.

Qeyd edək ki, “Vatan” qəzeti “Bank Asya”nın imtinasından sonra TRT-nin I Liqaya yeni titul sponsoru tapmaq üçün fəaliyyətə başladığını, mümkün namizədlər arasında isə “Türk Telekom”, “Halk Bank”, “Vakıflar Bankası” və SOCAR-ın olduğunu yazıb.

Mənbə: Lent.az


Son xəbərlər