“Apoel” "Neftçi" ilə oyunöncəsi "Bləkbörn"ün futbolçusunu aldı

“Apoel” "Neftçi" ilə oyunöncəsi "Bləkbörn"ün futbolçusunu aldı
XƏBƏR 13 Avqust 2012 / 18:50 3468
-  A +

Avropa Liqasının pley-off mərhələsində “Neftçi”nin rəqibi olan Cənubi Kiprin “Apoel” klubu heyətini gücləndirməkdə davam edir.

Qol.Az-ın Cənubi Kipr mətbuatına istinadən verdiyi məlumata görə, Nikosiya təmsilçisi ötən mövsüm İngiltərə Premyer Liqasında çıxış edən “Bləkbörn”in serbiyalı yarımmüdafiəçisi Radoslav Petroviçi transfer edib. “Neftçi” ilə ilk oyuna kimi, onun adı UEFA-nın iştirak ərizəsinə daxil ediləcək.

Qeyd edək ki, 23 yaşlı Petroviç Serbiya millisinin də üzvüdür.

Son xəbərlər