"Fənərbaxça" hücumçusu ilə yollarını ayırdı

"Fənərbaxça" hücumçusu ilə yollarını ayırdı
XƏBƏR 13 Avqust 2012 / 16:33 3678
-  A +

Türkiyənin "Fənərbaxça" klubu hücumçusu Henri Bienvenü ilə yollarını ayırıb.

Qol.Az-ın "Transfermarkt.de"yə istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu karyerasını Danimarka liqasında davam etdirəcək.

Danimarkanın köklü klublarından olan "Kopenhagen" komandası Bienvenü ilə anlaşıb. Futbolçu ilə "Latiso" və "Fulhem" klubları yaxından maraqlansa da, Bienvenü sonda "Kopenhagen"ə üstünlük verib.

Qeyd edək ki, ötən mövsüm "Fənərbaxça"ya transfer edilən kamerunlu futbolçu keçirdiyi 36 oyunda 8 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər