UEFA kubokundakı rəqibimiz müəyyənləşdi

UEFA kubokundakı rəqibimiz müəyyənləşdi
XƏBƏR 13 Avqust 2012 / 13:18 2859
-  A +

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparacaq təmsilçimiz "Araz" klubunun son rəqibi də müəyyənləşib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ilkin seçmə mərhələnin C qrupunda birinci yeri tutmuş İrlandiyanın EID Futsal komandasıdır.

Xatırladaq ki, bu il iyulun 4-də İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində "Araz"ın futzal üzrə UEFA kubokunun əsas mərhələsinin 6-cı qrupunda çıxış edəcəyi müəyyənləşmişdi. Beləliklə, 6-cı qrupda "Araz" Hollandiyanın "Endhoven", Macarıstanın "Györ" və İrlandiyanın EID Futsal klubları ilə mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi