Rəşad Sadıqov bu dəfə seçilmədi

XƏBƏR 10 May 2009 / 15:07 2339
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri Türkiyənin “Kocaelispor” klubu superliqanın XXXI turu çərçivəsində keçirilən matçda “Trabsonspor”a 1:3 hesabıyla uduzub. Qol.Az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, həmişəkindən fərqli olaraq, Rəşad bu dəfə oyunuyla bir o qədər də seçilməyib. “Milliyet”dən olan həmkarlarımız Rəşadın oyununu 4 balla qiymətləndiriblər. “Kocaelispor”un heyətində yalnız Hamzayla Sərdar 6 bala layiq görülüblər. Qalan digər futbolçular isə Sadıqov kimi 4 bal alıblar. “Trabzonspor”un heyətində isə 4 futbolçu 7, bir futbolçu 6, qalanları isə 5 bala layiq görülüblər.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner