Tərlan Əhmədov: “Komandada yorğunluq hiss olunurdu”

Tərlan Əhmədov: “Komandada yorğunluq hiss olunurdu”
XƏBƏR 11 Avqust 2012 / 22:50 1910
-  A +

Premyer Liqanın II turu çərçivəsində səfərdə “Qarabağ”-a uduzan (0:1) “Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov görüşlə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, gənc  mütəxəssis yorğunluqdan və süni örtükdən şikayətlənib:

"Bu oyundan iki gün öncə Çempionlar Liqasında oyunumuz olmuşdu və komandada yorğunluq hiss olunurdu. Süni meydançada oynamaq çətin idi. Futbolçular da tam bərpa olmamışdılar. Qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Çatışmamazlıqları aradan qaldırmağa çalışacağıq".

 

 


Son xəbərlər