Bernhard Raab: “Biz rəqibdən daha güclüyük”

Bernhard Raab: “Biz rəqibdən daha güclüyük”
XƏBƏR 11 Avqust 2012 / 20:55 1394
-  A +

“Havanın isti olmasına baxmayaraq, çox gözəl oyun keçdi. Qarşılaşmanın böyük hissəsini 10 nəfərlə oynadıq. Buna baxmayaraq, oyundan da görsənirdi ki, biz rəqibdən daha güclüyük”.

Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Premyer Liqasının II turu çərçivəsində Tovuzda “Turan”ı 1:0 hesabıyla məğlub edən “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.

Almaniyalı mütəxəssis komandasını təbrik etməyi də unutmayıb: “Gözəl oyuna görə komandamı təbrik edirəm. Qarşıdakı oyunlarda bundan da yaxşı oynamağa çalışacağıq”.

Son xəbərlər