Savinovla Borets hələ də Azərbaycandadı

Savinovla Borets hələ də Azərbaycandadı
XƏBƏR 11 Avqust 2012 / 02:10 2101
-  A +

“Bakı”nın ötən mövsümün qış fasiləsində heyətdən kənarlaşdırdığı Aleksey Savinovla Vadim Borets hələ də Azərbaycandadır.

Qol.Az-ın məlumatına görə, hər iki futbolçu dünən Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilən “Bakı”-“Simurq” matçını tribunadan izləyənlər arasında olub. Böyük ehtimalla moldovalı cütlük transfer pəncərəsi bağlanana kimi, yəni, avqustun 31-ə kimi ölkəmizdə qalacaq və özlərinə yeni klub axtaracaq.

Qeyd edək ki, Borets 2005-c ildən Azərbaycanda futbol oynayır. Onun ilk klubu “Neftçi” olub. Savinov isə 2008-ci ildə “Bakı”ya gəlib.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi

15.09.25  16:51

FİFA-dan yeni qərar