"Kəpəz" azarkeşləri Fuad İsmayılovun istefasını tələb edir

"Kəpəz" azarkeşləri Fuad İsmayılovun istefasını tələb edir
XƏBƏR 11 Avqust 2012 / 01:00 2331
-  A +

Dünən Azərbaycan Premyer Liqasının II turunda "Kəpəz"in səfərdə “Xəzər Lənkəran”a 0:4 hesablı məğlubiyyəti gəncəli fanatları özündən çıxardıb.
 
Qol.Az-a daxil olan məlumata görə, bu məğlubiyyəti "Kəpəz" adına biabırçılıq hesab edən klub azarkeşləri baş məşqçi Fuad İsmayılovun istefasını tələb edirlər.

Onlar hətta bu məqsədlə bu gün klub rəhbərliyinə də müraciət etməyi düşünürlər. Azarkeşlər "Kəpəz"in başında ya Mehman Allahverdiyevi, ya da Mahmud Qurbanovu görmək istəyirlər.

Qeyd edək ki, İsmaylova qarşı narazılıqlar komanda hələ I turda evdə "Turan" a 1:2 hesablı məğlubiyyətdən sonra başlamışdı.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi

15.09.25  16:51

FİFA-dan yeni qərar