Bu axşam Azərbaycan Premyer Liqasının II turunda səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq “Kəpəz”in kapitanı Azər Məmmədov Qol.Az-a müsahibə verib.
- “Turan” məğlubiyyətinin şokunu üzərinizdən ata bilmisiniz?
- “Turan”a məğlubiyyət həqiqətən də ağır oldu. Çünki Tovuz klubu o qədər də güclü deyildi. Üstəlik, Qərb derbisini evdə uduzduq. Halbuki azarkeşlərimiz həmişə deyir ki, kimə uduzursunuz uduzun, bircə, “Turan”a uduzmayın. Bununla belə, çempionat uzun marafondu, hələ qarşıda uzun yol var və bu üzdən çətin də olsa, “Turan” məğlubiyyətini unutmalıyıq.
- Bu axşam “Xəzər Lənkəran”la üz-üzə gəlirsiniz. Oyundan nə gözləyirsən?
- “Turan”a uduzmuşuqsa, o demək deyil ki, Lənkərana da uduzmağa gəlmişik. Xeyr, biz bura xal, hətta deyərdim ki, 3 xal dalınca gəlmişik.
- Səncə, bu, mümkün olacaq?
- Düzdür, rəqib Azərbaycan səviyyəsində güclüdür. Heyətində yaxşı legionerləri var. Elə yerli oyunçuların səviyyəsini də qeyd etmək lazımdır. Ancaq statistikaya nəzər salsaq görərik ki, “Xəzər Lənkəran” “Kəpəz”ə qarşı həmişə çətinlik çəkib. Lənkərandakı matçları da ancaq minimal hesabla qazanıblar. Məncə, əzmkarlıq və kollektiv oyunun hesabına burdan xalla qayıda bilərik.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov saytımıza müsahibəsində bildirib ki, ilk turda “Rəvan”la görüşdə xal itirdiklərindən “Kəpəz”i nəyin bahasına olursa-olsun, məğlub etməlidirlər...
- Bu, Yunis Hüseynovun öz fikridir və ona hörmətlə yanaşıram. Ancaq onu deyə bilərəm ki, Yunis müəllim kimi, biz də 3 xal qazanmaq istəyirik.
- Rəqibin ilk dəqiqələrdən üzərinizə gələcəyi şübhəsizdir. Bu təzyiqin qarşısını almaq müdafiə xətti üçün nə dərəcədə çətin olacaq?
- Az öncə dediyim kimi, rəqib çempionluğa oynayan komandadır. Ən əsası, öz azarkeşləri qarşısında oynayacaq ki, “Xəzər Lənkəran” azarkeşləri də hamıya məlumdur. Fikrimcə, kollektiv oyun ortaya qoysaq, rəqib futbolçulara yaxın oynasaq, “Xəzər Lənkəran” bizə heç nə edə bilməyəcək.
Anar XANLAROV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”