Mahir Şükürov "Neftçi"yə transferindən danışdı

Mahir Şükürov "Neftçi"yə transferindən danışdı
XƏBƏR 10 Avqust 2012 / 12:00 2587
-  A +

"Neftçi"yə gəldiyim üçün xoşbəxtəm. Ölkənin ən titullu və köklü komandasında oynamaq hər bir futbolçunun istəyidir. Üstəlik "Neftçi" son iki mövsümdə çempionatın qızıl medallarına sahib olub və Azərbaycanı avrokuboklarda təmsil edir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Mahir Şükürov klubun rəsmi saytına açıqlamasında deyib.

Şükürov "Neftçi" rəhbərliyinə və məşqçilər korpusuna minnətdarlıq edib: “Mənə etimad göstərib belə bir şansı veriblər. Komandama faydalı olmaq üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Mahir Şükürov “Neftçi”də 22 nömrəli futbolkanı geyinəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner