London-2012: ABŞ çempion, Kanada üçüncü oldu

London-2012: ABŞ çempion, Kanada üçüncü oldu
XƏBƏR 10 Avqust 2012 / 02:34 1659
-  A +

XXX London Yay Olimpiadasında qadın futbolçulardan ibarət milli komandaların mübarizəsində ən güclünün adına aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə ABŞ və Yaponiya milliləri üz-üzə gəlib.

Fasiləyə 1:0 hesabı ilə üstün yollanan ABŞ futbolçuları ikinci hissədə daha bir dəfə fərqlənməklə olimpiya çempionu adını qazanıblar - 2:1.

üçüncü yer uğrunda oyunda isə Kanada və Fransa yığmaları qarşılaşıblar. Həmin görüşün taleyini bir qol həll edib. Kanadanın vurduğu yeganə qol bürünc mükafatı almağa kifayət edib - 1:0.

 



9 avqust

Final oyunu

ABŞ - Yaponiya - 2:1
Qollar:
Lloyd, 8 (1:0), 54 (2:0), Nagasato, 63 (2:1)


Üçüncü yer uğrunda görüş

Kanada - Fransa - 1:0
Qol:
Matheson, 90 (1:0)

 

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi

15.09.25  16:51

FİFA-dan yeni qərar