"Bakı" Azərbaycan Premyer Liqasına sabah öz meydanında keçirəcəyi oyunla start verəcək.
Qol.Az-ın klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda sabah evdə "Simurq"u qonaq edəcək.
Komandalar bu günə qədər 12 dəfə qarşılaşıblar. Bütün qarşılaşmalar Premyer Liqa çərçivəsində baş tutub.
Bu oyunların 6-sı Bakıda, 6-sı isə Zaqatalada keçirilib. 4 oyun "Bakı"nın qələbəsi ilə başa çatıb, 5 oyunda heç-heçə qeydə alınıb. Top fərqi "Bakı"nın xeyrinədir - 12:10.
"Bakı" 2 qələbəsini Bakıda, iksini isə səfərdə qazanıb. Rəqiblərin qarşılaşmalarında ən çox rast gəlinən hesab 2:1-dir. İki dəfə "Simurq", bir dəfə isə "Bakı" bu hesabla qalib gəlib.
"Bakı" - "Simurq" qarşılaşmasının start fiti saat 19:00-da səslənəcək. Oyun "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda baş tutacaq.
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi