Foqts jurnalistlərlə görüşür

XƏBƏR 9 Avqust 2012 / 12:43 1377
-  A +

Avqustun 14-də, saat 17:00-da Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq.

Qol.Az-nın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, həmin gün saat 18:15-də, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda millimiz mətbuat üçün məşqə çıxacaq.
 
Xatırladaq ki, avqustun 15-də, saat 18:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçirəcək.


Son xəbərlər