Moskvanın “Spartak” klubu Donetskin “Şaxtyor” klubu ilə yoldaşlıq görüşü keçirmək üçün bu gün Ukraynaya yola düşüb.
Qol.AZ-ın “Sport Ekspress” qəzetinə istinadən verdiyi məlumata görə, Moskva klubunun baş məşqçisi Unai Emeri Donetskə apardığı 18 futbolçunun siyahısına həmyerlimiz Emin Mahmudovun da adını daxil edib.
Görünür, son zamanlar “Spartak”ın Emini başqa kluba icarəyə verəcəyinə dair yayılan xəbərlərin əksinə olaraq, Emeri həmyerlimizin xidmətində maraqlıdır. Belə olmasaydı, onu əsas heyətlə birgə Donetskə aparmazdı.
Qeyd edək ki, “Şaxtyor”-“Spartak” matçı sabah Bakı vaxı ilə saat 21:00-da Donetskin məşhur “Donbas Arena” stadionunda oynanılacaq.
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi