XXX London Yay Olimpiadasında kişi futbolçulardan ibarət milli komandaların mübarizəsində yarımfinalın oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, hər iki oyun eyni gündə baş tutub.
Meksika yığması Yaponiyanı 3 qolla keçib. Fasiləyə 1:1 hesabı ilə yollanan komandaların duelində ikinci hissədə daha iki qol vurulub. Rəqibini daha 2 dəfə məyus edən Meksika millisi finala adlayıb.
Digər oyun isə Cənubi Koreya və Braziliya yığmaları arasında baş tutub. Braziliya millisi rəqibinə heç bir şans verməyib. Bu görüşdə 3:0 hesabı ilə qələbə qazanan Cənubi Amerika təmsilçisi finala yüksələn digər komanda olub.
Qeyd edək ki, final matçı avqustun 10-da keçiriləcək.
7 avqust
Yarımfinal oyunları
Meksika - Yaponiya - 3:1
Cənubi Koreya - Braziliya - 0:3
10 avqust
Final
Braziliya - Meksika
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi