“İlk oyundakı ağır məğlubiyyətdən sonra hər şeyi ətraflı təhlil etdik, buraxılan səhvləri araşdırdıq və çalışacağıq ki, analoji səhvlər sabah təkrarlanmasın. Bilirik ki, çox çətin olacaq. Ancaq ümidimizi itirmirik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsrail çempionu “Hapoel”lə (İroni Kiryat) qarşılaşacaq Azərbaycan çempionu “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib.
Əhmədov bu gün oyun öncəsi keçirdiyi mətbuat konfransında möcüzəyə ümid etdiyini də gizlətməyib: “İlk oyunda rəqib qalib gəlmədi, biz uduzduq. Bununla belə düşünürəm ki, nəticəni dəyişmək üçün şansımız var. Bunun üçün də əlimizdən gələni artıqlaması ilə edəcəyik. Başa düşürəm, çətindi. Ancaq hər şey ola bilər. Bir sözlə, möcüzəyə ümid edirəm”.
Qeyd edək ki, "Neftçi"-"Hapoel" matçı sabah saat 21:00-da Mərdəkandakı "Dalğa Arena"da keçiriləcək.
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi