"İnter" "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayır

"İnter" "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayır
XƏBƏR 7 Avqust 2012 / 16:08 1165
-  A +

Premyer Liqanın birinci turu çərçivəsində "Qarabağ"la 1:1 bərabərə qalan “İnter” klubu bu gün yenidən bir yerə toplaşıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”la oyunda meydana çıxmayan futbolçular məşq prosesində iştirak ediblər.

Bu gündən etibarən isə “İnter” “Qəbələ” ilə oyunun hazırlıqlarına başlayacaq. Komanda saat 19:00-da məşq edəcək. Qeyd edək ki, məşq "AZAL-Arena" stadionunda keçiriləcək.

Əlavə edək ki, Premyer Liqanın 2-ci turu avqustun 10-da başlayacaq. 

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi