"İnter"in futbolçusu rəsmən "Simurq"da

"İnter"in futbolçusu rəsmən "Simurq"da
XƏBƏR 7 Avqust 2012 / 00:52 1872
-  A +

"Simurq" klubu heyətinə yeni futbolçu qatıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Bakının "İnter" klubuna məxsus Asif Mirilini icarə əsasında transfer edib.

21 yaşlı gənc yarımmüdafiəçi mövsümün sonuna qədər "sarı-qaralar"ın şərəfini qoruyacaq və "Simurq"da 14 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, 2004-cü ildən "İnter" klubunda karyerasın davam etdirən Asif Mirili 19 yaşlılardan ibarət Azərbaycan yığmasına da dəvət edilib. 

 


Son xəbərlər