“Bakı” Gəncədə məşq etdi

XƏBƏR 9 May 2009 / 12:05 2285
-  A +

Premyer-liqanın XXV turu çərçivəsində səfərdə “Turan”ın qonağı olacaq “Bakı” hazırda Gəncədə məskunlaşıb. Qol.Az-ın məlumatına görə, Mingəçevirdən Gəncəyə gələn “zolaqlılar” şəhərin eyniadlı otelində məskunlaşıblar. Dünən saat 17:00-da isə “Bakı” Gəncə şəhər stadionunda məşqə çıxıb. Hazırlıq prosesi təxminən 1 saat sürüb. Məşqçilər yetirmələrinin elə də əziyyətə salmayıblar. Əsasən toplu çalışmalara üstünlük verilib. Ümumiyyətlə, məşq prosesindən də görünürdü ki, “Bakı”nın düşərgəsində əhval-ruhiyyə çox yaxşıdır. “Bakı” Gəncəni bu gün saat 2-də tərk edərək, Tovuza yollanacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner