Qadın hakimlərimiz AÇ-nın seçmə mərhələsində

Qadın hakimlərimiz AÇ-nın seçmə mərhələsində
XƏBƏR 6 Avqust 2012 / 12:28 1472
-  A +

FIFA referisi Səbayel Qurbanova beynəlxalq oyunlara təyinat alıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-dan oktyabrın 7-dək 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Belarusda keçiriləcək 9-cu qrupunun oyunlarını idarə edəcək hakimlərdən biri Səbayel Qurbanova olacaq.

Turnirdə daha bir təmsilçimiz - FİFA referi köməkiçisi Güyana Güvəndiyeva da iştirak edəcək.

Bu qrupda Belarus, Finlandiya, İrlandiya və Gürcüstan yığmaları mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi