"Rəvan"ın baş məşqçisi "Xəzər Lənkəran"la oyundan danışdı

XƏBƏR 5 Avqust 2012 / 23:35 2794
-  A +

“Azarkeşlərə, futbolçulara, məşqçilərə, hakimlərə - hamıya uğurlar arzulayıram. Rəqibimizin Avropa Liqasındakı oyunlarını izlədik. Ancaq cari mövsümdə Premyer Liqada ilk oyunumuz olduğu üçün çətin keçdi”.

Qol.Az-ın məlumatına görə,  bu sözləri Premyer Liqanın birinci turda “Xəzər Lənkəran”la oyunundan (1:1) sonra “Rəvan” klubunun baş məşqçisi Cəvat Gülər deyib.

Türkiyəli məşqçi komandasının qazandığı bir xalı qənaətbəxş hesab edir:

“Erkən vurduğumuz qolu qoruya bilmədik. Oyunun bəzi anlarında “Xəzər Lənkəran” bizdən üstün oyun nümayiş etdirirdi. Bu gün azarkeşlər daha gözəl oyun izləyə bilərdilər. Ancaq ilk qarşılaşma olduğu üçün bəzi çatışmamazlıqlar hiss olunurdu. İlk oyunda ötən mövsümün gümüş mükafatçı ilə qarşılaşmadan bir xal ilə ayrılmaq da qənaətbəxş hesab oluna bilər. Rəqib komandaya uğurlar arzulayıram”.

Son xəbərlər