“Hər iki komandanın öz iddiası var. “Xəzər-Lənkəran” qalib gələrsə, onlar üçüncü yer, “Qarabağ” qalib gələrsə, dördüncü yer uğurunda mübarizəni davam etdirəcək. Düzdür, Ağdam klubu ölkə kubokunun finalına vəsiqə qazanıb. Amma bu hələ o demək deyil ki, ağdamlılar artıq avrokuboklara vəsiqəni təmin ediblər. Onlar finalda uduza da bilərlər. Odur ki, “Xəzər-Lənkəran”ı mütləq məğlub etməlidirlər. Bir sözlə, sabah kim qalib gəlsə, avrokuboklara vəsiqəni təmin edəcək”. Bu sözləri Qol.Az-a sabah keçiriləcək “Qarabağ”-“Xəzər-Lənkəran” oyununu dəyərləndirən bu klubların sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis komandaların şansları haqqında danışmaq istəmədi. O, sadəcə “kim güclüdür, o da qalib gələcək” deməklə kifayətləndi. Mircavadov Quzanlıdakı atmosferin “Xəzər-Lənkəran”a mümkün psixoloji təsiri haqqında da danışdı: “Bilirsiniz, qarşısına məqsəd qoyan komanda harada oynamağından asılı olmayaraq qələbə üçün oynamalıdır. Amma mən də etiraf edim ki, Quzanlıda keçirilən oyunları izləmişəm və ilkin təəssüratım belədir ki, oradakı şərait heç də pis deyil. Əksinə, bəzi elita klublarımızın şəraitindən daha yaxşıdır. İstər azarkeşlərin dəstəyi, istər meydançanın vəziyyəti, istərsə də, kompleksin ümumi görünüşü”.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu