London-2012: Finalda Federer yenə Mürreylə üz-üzə

London-2012: Finalda Federer yenə Mürreylə üz-üzə
XƏBƏR 4 Avqust 2012 / 14:13 1289
-  A +

2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində keçirilən tennis turnirində kişilərin şəxsi mübarizəsində finalçılar müəyyənləşib.

Həlledici görüşdə isveçrəli Roje Federerlə böyük britaniyalı Endi Mürrey üz-üzə gələcək. Qarşılaşma avqustun 5-də baş tutacaq.

Yarımfinalda Mürrey serbiyalı Novak Cokoviçi 7:5, 7:5 hesabı ilə yenib. Federer isə argentinalı Xuan Martin Del Potronu üstələyib – 3:6, 7:6, 19:17.

Əvvəllər isveçrəli və böyük britaniyalı tennisçilər “Uimbldon” turnirinin finalında üz-üzə gəliblər. Görüş Federerin qələbəsi ilə yekunlaşıb. Həmin yarışın görüşlərinin keçirildiyi kortlardan bəzilərində indi olimpiyaçılar mübarizə aparırlar (Lent.az).


Son xəbərlər