"Sumqayıt" paraşütlə məşq etdi (FOTO)

"Sumqayıt" paraşütlə məşq etdi (FOTO)
XƏBƏR 3 Avqust 2012 / 22:08 2546
-  A +

"Sumqayıt"ın almaniyalı baş məşqçisi Bernhard Raab son məşqlərin birində istifadə etdiyi yeni metodla məşqi izləyən azarkeşlərin diqqətini çəkib.

Qol.Az-ın məlumatına görə, Raab yeni sifariş verilən paraşütlərdən istifadə edib. Belə ki, fiziki təmrinləri yerinə yetirən futbolçular baş məşqçinin təlimatına uyğun olaraq, həmin bu yeni paraşütlərdən istifadə ediblər. Bunun futbolçuların fiziki hazırlığının artırılmasında xüsusi rol oynadığı bildirilir.

Qeyd edək ki, "Sumqayıt" sabah yeni mövsümün ilk turunda öz meydançasında AZAL-ı qəbul edəcək. Matç saat 18:30-da başlayacaq.


Son xəbərlər