Premyer Liqanın I turunun qarşıdan gələn “İnter” - "Qarabağ" görüşü hər iki komanda üçün sayca 28-ci olacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunadək komandalar bir-birilə 27 dəfə qarşılaşıb.
22 oyun çempionat çərçivəsində keçirilib və 5 oyun isə kubok turnirinin payına düşür. “İnter” rəqibini 10 dəfə məğlub edə bilib, “Qarabağ” da 10 dəfə dqələbəyə sevinib. Qalan 7 matçda tərəflər meydandan sülhlə ayrılıblar. Vurulan topların fərqi bərabərdir - 21:21.
Komandalar ilk dəfə 2004-cü ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 3:1 hesabıyla Ağdam təmsilçisinin xeyrinə başa çatıb. “İnter” və “Qarabağ” qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən vurub.
Xatırlardaq ki, ötən mövsümdə komandalar dörd dəfə qarşılaşıblar. İlk oyunda "Qarabağ" 1:0 hesabıyla qalib gəlib. İkinci qarşılaşma isə qolsuz bərabərliklə başa çatıb, üçüncü oyunda da tərəflər meydandan sülhlə ayrılıblar - 1:1. Dördüncü oyunda isə sevinən tərəf yenə "Qarabağ" olub - 1:0.
“İnter” - “Qarabağ” oyunlarında ən populyar hesab 1:0-dır. Bu nəticə 27 oyundan 15-də qeydə alınıb. Maraqlıdır ki, qarşılaşmaların tarixində darmadağın hesab qeydə alınmayıb, yalnız iki dəfə komandalara bir-birini 2 top fərqilə qalib gəlmək müyəssər olub.
Azərbaycan çempionatında "Qarabağ"a qarşı keçirilən ev oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 11 qarşılaşmada "bankirlər" 6 dəfə rəqibini məğlub etməyi bacarıb. 3 oyun heç-heçə başa çatıb və 2 dəfə Ağdam təmsilçisi qələbə qazanıb. Bu qarşılaşmalarda top fərqi “İnter”in xeyrinədir - 10:6.
Qeyd edək ki, "İnter" - "Qarabağ” matçı avqustun 5-də keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı