"Bursaspor" Avroliqaya məğlubiyyətlə başladı

XƏBƏR 2 Avqust 2012 / 22:36 2094
-  A +

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsində ilk oyunlara start verilib.

Qol.Az-ın məlumatına görə, Türkiyəni bu yarışda təmsil edən "Bursaspor" səfərdə Finlandiyanın "Kups" klubunun qonağı olub və 0:1 hesabıyla məğlubiyyətə uğrayıb.

Türkiyənin Avroliqadakı daha bir təmsilçisi "Eskişəhərspor" isə bu gün Bakı vaxtı ilə saat 23.45-də öz meydanında Fransa "Marseli"nə qarşı oyuna çıxacaq.

Son xəbərlər