Hollandiya millisinin qapıçısı Premyer Liqa yolunda

Hollandiya millisinin qapıçısı Premyer Liqa yolunda
XƏBƏR 2 Avqust 2012 / 18:51 2415
-  A +

Hollandiya millisi və "Roma" klubunun qapıçısı Martin Stekelenburq İngiltərədən yeni təklif alıb.

Qol.Az-ın "De Telegraaf"a istinadən verdiyi məlumata görə, "Tottenhem" klubu Stekelenburqu heyətində görmək istəyir.

Bred Fideliyə əvəzləyici axtaran London təmsilçisi Stekelenburqun transferi ilə bağlı "Roma" klubuyla danışıqlara başlamağa hazırdı. 29 yaşlı qapıçının da İngiltərə Premyer Liqasında oynamaq istədiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm "Ayaks"dan "Roma"ya transfer olunan Stekelenburq bu komandanın heyətində 28 oyun keçirib.


Son xəbərlər