“İnter”in yeni isveçrəli müdafiəçisi Haynts Barmettlerin klubun rəsmi saytına müsahibəsi
- “İnter”ə keçidiniz necə baş tutdu?
- “İnter”in əməkdaşları mənim agentimlə əlaqə saxladılar. O da bu klubun mənə olan marağını bildirdi. Sonra ailəmlə məsləhətləşdim və klubla danışıqlardan sonra müqavilə imzaladım. Mənim “İnter”ə keçidim belə baş tutdu.
-Maraqlıdır, buraya gəlməmişdən öncə ölkəmiz haqqında nə bilirdiniz?
-Azərbaycan haqqında ilk məlumatım Avroviziya-2012 müsabiqəsilə bağlı idi. Bilirdim ki, bu il müsabiqə məhz Azərbaycanda keçiriləcək. Bundan başqa, bilirdim ki, ölkəniz böyük neft ehtiyatlarına malikdir. “İnter”dən təklif gələndən sonra internetdə Bakı haqqında daha geniş məlumat axtarmağa başladım. Saytlar vasitəsilə mənə öyrənmək nəsib oldu ki, çox böyük paytaxtınız var. Bakı çox böyük və müasir şəhərdir.
-Yerli futbol haqqında nə bilirdiniz?
-Mənə məlum idi ki, milli komandanızın baş məşqçisi alman mütəxəssisi Berti Foqtsdur. Bilirdim ki, bizim milli komandalarımız nə vaxtsa görüşüblər. Lakin etiraf edim ki, yerli klublar barədə heç bir məlumatım yox idi.
-Artıq iki həftədir “İnter”in heyətindəsiniz. Komandada hökm sürən atmosfer və komandaya uyğunlaşmağınız barədə nə deyə bilərsiniz?
-Komandada çox xoş atmosfer hökm sürür. “İnter”də ilk məşqimə çıxan zaman komanda yoldaşlarım mənə kömək etməyə çalışırdılar. Bu, mənə sürətlə iş rejiminə daxil olmağıma və adaptasiya prosesini uğurla keçməyimə kömək etdi. Burada olmaq mənə çox xoşdur.
-Təəssüf ki, “İnter”də ilk oyununuz o qədər də uğurlu alınmadı. Oyunsonrası penaltilər seriyasında təəssüf doğuran xətaya yol verdiniz və komandamız avrokuboklara vida etdi…
-“Asteras” çox yaxşı komandadır. Bu matç bizim, eləcə də onlar üçün çox vacib idi. Biz 120 dəqiqə ağır oyun yaşadıq və qalibin taleyini onbirmetrlik zərbələr müəyyənləşdirməliydi. Bildiyiniz kimi, penalti-lotereyadır. Burada hər şeyi uğur həll edir və həmin gecə uğur yunanların üzünə güldü. Təəssüf ki, zərbəni yerinə yetirə bilmədim, bu, məni çox təəssüfləndirdi.
-Artıq bazar günü “İnter” Azərbaycan çempionatında ilk oyununa çıxacaq. Avrokubokdan kənarda qaldıqdan sonra komandanın mövsümü uğurla başlamağa ehtiyacı var. Lakin “İnter” ölkənin ən yaxşı komandalarından birilə-“Qarabağ”la görüşəcək. Qarşıdakı oyun barədə fikirlənizi öyrənmək istərdik.
-Mən eşitmişəm ki, “Qarabağ” çox güclü komandadır. Ancaq bizə çempionata mütləq müsbət nəticəylə başlamaq lazımdır. Biz ən yaxşı keyfiyyətlərimizi göstərməliyik və nəyə qadir olduğumuzu nümayiş etdirməliyik. Axı, yalnız bu halda bizə lazımi nəticə əldə etmək və avrokubokdan kənarda qaldığımıza görə bəraət qazanmaq müyəssər olacaq. Qarşıda bizi çətin mövsüm gözləyir və bu mövsüm potensialımızı nümayiş etdirməli və özümüzü yaxşı tərəfdən göstərməliyik.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı