Şənbə günü Premyer Liqada yeni mövsümünə start veriləcək.
Qol.Az-ın məlumatına görə, ilk turda “Qəbələ” səfərdə “Simurq”la üz-üzə gələcək.
Qarşılaşma öncəsi hazırlıqlarını doğma məkanda davam etdirən komanda sabah Zaqatalaya yollanacaq. Zədəli olan Amil Yunanov komandaya yardım edə bilməyəcək.
Matç öncəsi komandanın baş məşqçisi Fatih Kavlak klubun rəsmi saytına müsahibəsində qarşıdakı mövsüm və açılış oyunu barədə fikirlərini bölüşüb.
“Yeni mövsümə start veririk. 2012-2013 futbol ilinin maraqlı və mübarizə şəraitində keçəcəyinə inanıram. Fasilə dövründə bütün çempionat iştirakçıları imkanlarını maksimum səfərbər edərək ən yaxşı heyətlərini qurmağa çalışdılar. Bu mövsüm iştirakçıların çox hissəsi əvvəlcə ilk "altılıq", daha sonra isə Avrozonaya düşmək üçün mübarizə aparacaqlar. Bir çox komanda çempionluğa iddialıdır. Bu da 12 komandalıq çempionatda mübarizənin gərgin və çətin keçəcəyini göstərir. Bizim də yüksək hədəflərimiz var və bu hədəflərə uyğun transferlər edərək güclü heyət formalaşdırmışıq. Hazırlıq dövründən də maksimum yararlanmışıq”.
Kavlak “Simurq”un yeni mövsümün ən təhlükəli komandalarından olduğunu, amma Zaqataladan uğurlu nəticə ilə dönəcəklərinə inandığını söyləyib:
“Simurq” yeni mövsümün ən təhlükəli komandalarından biridir. Yoxlama oyunlarında fiziki göstəriciləri yüksək olan və rəqibə oynamaq imkanı verməyən bir komanda olduqlarını sübut ediblər. Azərbaycan çempionatında son iki mövsümdür ki, asan oyun anlayışı qalmayıb. “Simurq”la oyun da çətin oyun olacaq. Rəqibimiz evdə mütləq qələbə qazanmaq istəyəcək. Biz də səfərdə sadəcə qələbə qazanmağı planlaşdırırıq. Zaqatalada mövsümə uğurlu start verəcəyimizə inanıram".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı