Tennisçi hokkeyçi ilə "silah" dəyişdirdi

Tennisçi hokkeyçi ilə "silah" dəyişdirdi
XƏBƏR 2 Avqust 2012 / 01:04 1413
-  A +

Serbiyalı tennisçi Novak Cokoviç rusiyalı hokkeyçi Aleksandr Oveçkinlə sövdələşməyə gedib.

“The Miami Herald”ın verdiyi məlumata görə, bu barədə Cokoviç 2012-ci il London Yay Olimpiya Oyunlarında ABŞ təmsilçisi Endi Roddik üzərində 6:2, 6:1 hesablı qələbədən sonra açıqlama verib.

O, raketkasını hokkeyçiyə verəcəyini, əvəzində hokkeyçidən onun hokkey ağacını alacağını bildirib. Serbiyalı tennisçi onu da deyib ki, olimpiada çoxlu sayda məşhur idmançı ilə görüşmək, onlarla söhbətləşmək və şəkil çəkdirmək üçün bir şansdır.

Aleksandr Oveçkin Londona sevgilisi, qadın tennisçi Mariya Kirilenkonu dəstəkləmək üçün yollanıb. O, öz “twitter” səhifəsində olimpiya tennis turnirindən şəkillər yerləşdirir (Lent.az).

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi