Vaqif Cavadov "İnter"lə oyunu buraxacaq

XƏBƏR 1 Avqust 2012 / 18:00 1483
-  A +

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının birinci turu çərçivəsində bazar günü “İnter”lə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda hazırlıqlarını Suraxanı qəsəbə stadionunda keçir. “Qarabağ” “İnter”lə qarşılaşmaya iki itki ilə çıxacaq. Vaqif  Cavadov və Hacı Əhmədovun “bankirlə”lə oyunu buraxacağı dəqiqdir. Vaqif Cavadovun təxminən 10 günə yaşıl meydanlara dönəcəyi gözlənilir. Hacı Əhmədovun isə formasını bir qədər gec bərpa edəcəyi ehtimal olunur.

Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı bazar günü saat 20:00-da Mərdəkandakı “AZAL Arena”da baş tutacaq.

Son xəbərlər