Belçika millisinin futbolçusu "Real"ın hədəfində

Belçika millisinin futbolçusu "Real"ın hədəfində
XƏBƏR 1 Avqust 2012 / 14:36 2169
-  A +

"Real" (Madrid) klubu daha bir ulduz futbolçunu transfer etməyi planlaşdırır.

Qol.Az-ın İspaniya mətbuatına görə, Madrid təmsilçisi "Fulhem"in futbolçusu Moussa Dembeleni heyətinə qatmaq niyyətindədir.

Belçika millisinin futbolçusunun meneceri Yan de Visser də xəbəri təsdiqləyib: "Bu, aldığımız ilk təklif deyil. Daha öncə "Mançester Yunayted"in 10 milyon avroluq təklifini rədd etmişdik. Ancaq "Real"ın təklifi haqda düşünə bilərik".

Qeyd edək ki, Dembele 2010-cu ildə 5 milyon avro qarşılığında "Az Alkmaar" klubundan "Fulhem"ə transfer olunmuşdu.


Son xəbərlər