"Neftçi" ilə ilk oyunda cütün taleyini həll edə bilərik"

"Neftçi" ilə ilk oyunda cütün taleyini həll edə bilərik"
XƏBƏR 1 Avqust 2012 / 00:53 2281
-  A +

"Jilina" ilə oyun çətin keçsə də, növbəti mərhələyə adladıq. Ümid edirəm ki, uğurlu seriyanı növbəti mərhələdə də davam etdirəcəyik. Bunun üçün evdə daha yaxşı oynamalı və qələbə qazanmalıyıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Hapoel" (İroni Kiryat, İsrail) klubunun hücumçusu Ahmed Abed deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu axşam Bakının "Neftçi" klubu ilə qarşılaşacaq "Hapoel"in futbolçusu görüşlə bağlı belə danışıb:

"Bəlkə də, cütün taleyini elə ilk oyunda həll edə bilərik. Ancaq bu heç də asan görünmür. Çünki "Neftçi" "Zestafoni"ni məğlub edibsə, deməli güclü komandadır. Futbolda özünəinam olmadan oynamaq mümkün deyil. Buna görə də biz özümüzə inanmalı və növbəti mərhələyə ciddi hazırlaşmalıyq".

Qeyd edək ki, "Hapoel" - "Neftçi" oyunu bu axşam, Bakı vaxtı ilə saart 21:30-da başlayacaq.


Son xəbərlər