"Bakı"nın futbolçusu Makedoniyaya qarşı

"Bakı"nın futbolçusu Makedoniyaya qarşı
XƏBƏR 31 İyul 2012 / 13:12 1728
-  A +

"Bakı" klubunun litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauskis milli komandaya dəvət alıb.

Qol.Az-ın məlumatına görə, Litva Futbol Federasiyasından (LFF) klubun rəsmi ünvanına daxil olan dəvətə əsasən, Deyvidas Makedoniya milli komandasına qarşı oyuna çağırılır.

Deyvidas Çesnauskis 13-16 avqust tarixlərində Litva yığmasının düşərgəsində yer alacaq. Qeyd edək ki, Litva milli komandası avqustun 16-da Skopyedə Makedoniya ilə qarşılaşacaq. Oyun yerli vaxta saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi