2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Nataliya Mustafayevanın 1/4 final mərhələsindəki rəqibləri müəyyənləşib.
Azərbaycan Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumatına görə, hər iki idmançımızın bütün rəqiblərinin adlarına iyulun 29-da keçirilmiş təsəlli yürüşlərindən sonra aydınlıq gəlib.
Aleksandrov start xəttinə iyulun 31-də yerli vaxtla saat 11:10-da (Bakı vaxtı ilə saat 15:10-da) çıxacaq. Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edəcək avarçəkənimiz ikinci yürüş zolağında yer alacaq. İlk zolaqda seçmə yürüşdə Aleksandrovun qabaqladığı braziliyalı Anderson Noçetti mübarizə aparacaq. Almaniyalı Marsel Hakker 3-cü, böyük britaniyalı Alan Kempbell 4-cü, meksikalı Patrik Loliger Salas 5-ci, cənubi koreyalı Donqyonq Kim 6-cı zolaqda yarışacaq.
Qeyd edək ki, idmançımızın rəqiblərində Marsel Hakker (Almaniya) 2002-ci ildə dünya çempionu və dünya kubokunun mərhələ yarışlarının qalibi (2001, 2002 – 3 dəfə, 2003 – 3 dəfə, 2005, 2009, 2012) olub.
A.Aleksandrovdan bir saat sonra isə Mustafayeva start xəttinə çıxacaq. 3-cü zolaqda çıxış edəcək Mustafayevanın rəqibləri özündən solda cənubi koreyalı Yeji Kim və yaponiyalı Haruna Sakakibara, sağda isə Yekaterina Karsten, danimarkalı Fie Udbi Eriksen və braziliyalı Kissya da Kosta olacaq.
Qeyd edək ki, idmançımızın rəqibləri arasında ən titullusu Yekaterina Karstendir (Belarus). O, 2 dəfə olimpiya çempionu (1996, 2000), 5 qat dünya çempionu (1997, 1999, 2005, 2006, 2007, 2009), 2 qat Avropa çempionu (2009, 2010), Dünya Kubokunun 29 qat sahibidir (1997 – 3 dəfə, 1999, 2000 – 2 dəfə, 2001 – 3 dəfə, 2002, 2004, 2005 – 3 dəfə, 2006 – 3 dəfə, 2007 – 3 dəfə, 2008 – 3 dəfə, 2010 – 3 dəfə, 2011 – 2 dəfə, 2012). London-2012-də seçmə yürüşü 7 dəqiqə 30,31 saniyə nəticə ilə 1-ci yerdə başa vurub.
Qeyd edək ki, həm Aleksandr Aleksandrov, həm də Nataliya Mustafayeva yarımfinala yüksəlmək üçün 1/4 final yürüşündə öz yarımqruplarında ilk “3-lüy”ə düşməyi bacarmalıdır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı