“Neftçi”nin oyunu təxirə salınacaq

“Neftçi”nin oyunu təxirə salınacaq
XƏBƏR 29 İyul 2012 / 13:57 4026
-  A +

Gələn həftə start götürəcək futbol üzrə növbəti ölkə çempionatının I turunun təqvimində dəyişiklik olacaq.

Qol.Az-ın məlumatına görə, “Bakı”-“Neftçi” matçı baş tutmayacaq. Buna səbəb “Neftçi”nin Çempionlar Liqasında mübarizəni davam etdirməsidir. Bunu nəzərə alan Peşəkar Futbol Liqası (PFL) bu klubun “Bakı” ilə matçını təxirə salacaq. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının III mərhələsində İsrailin “Hapoel” klubu ilə üz-üzə gələcək. İlk oyun avqustun 1-də İsraildə, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Son xəbərlər