"Neftçi" Gürcüstan klubu ilə sülhə razılaşdı

"Neftçi" Gürcüstan klubu ilə sülhə razılaşdı
XƏBƏR 29 İyul 2012 / 00:01 1793
-  A +

Gürcüstanda yeni mövsümə hazırlığı davam etdirən "Neftçi"nin əvəzedicilərdən ibarət komandası sonuncu yoxlama oyununu keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Gürcüstan çempionatının güclülər dəstəsində mübarizə aparan "Dinamo" Batumi klubunun əvəzediciləri ilə qarşılaşıb.

Görüş 2:2 hesabı ilə başa çatıb. "Neftçi"nin qollarını Məqsəd İsayev və Cavid Muxtarzadə vurub. 


Son xəbərlər