“Bakı” klubunun Biləcəri qəsəbəsində, “Delfin” otelinin yaxınlığında inşa olunan hazırlıq-təlim bazasında işlər tamamlanmaq üzrədir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, biri süni, digəri isə təbii örtükdən ibarət olacaq iki futbol meydanı, geyinib-soyunma otaqları, nəzəri məşğələlər üçün nəzərdə tutulan auditoriyalar, istirahət zonası və sair təhkimçi tikililərdən ibarət olacaq bazanın tikintisində işlər tam axarı ilə davam edir.
Hazırda süni örtüklü meydanın xalçası döşənir. Ən yüksək dünya standartlarına cavab verən və müasir texnologiyalar əsasında qurulan drenaj sistemi bu meydanın tək məşq deyil, həm də yoldaşlıq və rəsmi oyunların keçirilməsi üçün zəmin yaradır. Bu meydanda işlərin böyük əksəriyyəri başa çatdırılıb, oyun sahəsi perimetri boyu hasarlanıb.
Meydanın süni xalçası və ehtiyat oyunçular skamyaları İtaliyadan, xüsusi qum materialları isə Misirdən gətirilib. Artıq meydanın 70%-i süni xalça ilə örtülüb. Yaxın günlərdə bu meydanın tam hazır vəziyyətə gətirilərək istifadəyə veriləcəyi gözlənilir.
Bunun ardından diqqətlər təbii örtüklü meydana çevriləcək. Bu meydan da tam standartlara uyğun ölçülərə malikdir. Ən yüksək keyfiyyətli və yerli iqlimə uyğun ot toxumlarının səpilməsi və qulluğu türkiyəli mütəxəssislər tərəfindən icra olunacaq. Bu futbol meydanının ən yüksək tələblərə cavab vermək şərti ilə qurulacağı və istismar olunacağı açıqlanıb.
Bazanın layihələşdirilməsi zamanı azarkeşlərin rahatlığı da nəzərə alınıb. Meydan boyu, təxminən, 500-600 tərəfdar tutumlu komfotrlu tribunanın inşasının da tezliklə başlanacağı bildirilir.
Yuxarı
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu