"Qarabağ" türk klubuna qalib gəldi (YENİLƏNİB)

"Qarabağ" türk klubuna qalib gəldi (YENİLƏNİB)
XƏBƏR 28 İyul 2012 / 21:14 4502
-  A +

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Qarabağ" klubu bu gün növbəti yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Türkiyənin "Rizəspor" klubu ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. "Qarabağ"ın qollarını Riçard Almeida (31), Elnur Abdulov (77) və  Mustafa Dəmir (88) vurub.

Oyunun 49-cu dəqiqəsində "Qarabağ"dan Admir Teli avtoqola imza atıb.


Son xəbərlər