Növbəti həftə Bakıya gələrək "Simurq"la rəsmi müqavilə imzalayacaq Dilaver Zrnanoviç ilk təəssüratların klubun rəsmi saytına bildirib:
- İlk öncə “Simurq”a keçidinlə bağlı təəssüratlarını öyrənək...
- Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Gələn həftə Bakıya gələcəm və rəsmi müqavilə imza atacam. Çalışacam ki, ilk forma geyindiyim gündən mövsümün sonuna qədər yaxşı oyunumla komandamızın turnir cədvəlində yüksəlməsinə kömək edim.
- Yeni komandan haqda nə deyə bilərsən?
- Komandamız hazırda yeni mövsümə hazırlıqlar görür. Heyətimizə yeni oyunçular qoşulur. Stepan Poljak kimi futbolçuda artıq bizimlədir. Fikrimcə bir neçə nəfərdə heyətə əlavə ediləcək. Bizə bir az vaxt lazımdır ki, birlikdə oynayaq. Bir-birimizi həm həyatda, həm də meydanda tanıyaq. Əla kollektivimiz var. Komanda rəhbərliyi yaxşı təlim-məşq toplanışı təşkil edib. Əla məşqçimiz var. Gözəl meydanlarçalarda məşq edirik. Ancaq təbii ki, ən vacibi qarşıdakı mövsüm və ilk oynumuzdur.
- Azərbaycan futbolu barədə hansısa informasiyaya maliksən?
- Karyeram ərzində yalnız bir dəfə Azərbaycan klubuna qarşı oynamışam. Moskvada keçirilən “Birlik Kubokun”da “İnter”lə matçda forma geyinmişdim. Həmin vaxt indiki “Partizan” Minskdə oynayırdım. Ondan sonra bir neçə klublar haqda eşitmişdim. Bilirəm ki, Azərbaycan çempionatında “İnter”lə yanaşı, “Neftçi”, “Xəzər Lənkəran” kimi güclü komandalar mübarizə aparır. Ancaq bu futboldur. Hər kəs öz oyununu göstərməyə çalışır. Matçlarda bütün gücünlə meydanda mübarizə aparmalısan ki, qalib gələsən.
- Yeni mövsümdə ilk rəqibiniz “Qəbələ” klubu olacaq. Bu oyun haqda nə düşünürsən?
- Artıq iki həftədir ki, “Simurq”la birlikdə məşq edirəm. Təbii ki, komandanın bir üzvü kimi yavaş-yavaş rəqiblərimiz haqqında məlumat toplamağa çalışıram. Burda eşitdiklərimə görə “Qəbələ”də güclü rəqibdir. Bir neçə təcrübəli futbolçuları var. Ancaq gözləyək görək necə olacaq. Qarşıdakı oyunlara yaxşı hazırlaşmalıyıq. Qarşılaşmalara kökləndikdən sonra rəqibin kim olmasından asılı olmayaraq qorxmağa ehtiyac qalmır. Bizim komandamız hazırda heyətin formalaşdırıb qurtarmaq üzrədir. Təcrübəli futbolçularla yanaşı, gənc istedadlı üzvlərimiz də var. Fikrimcə, hər şey qaydasında gedir.
- Komandanın Avstriyada təlim-məşq toplanışı necə keçir?
- Toplanış başlayan vaxtdan komandanın düşərgəsinə qoşulmuşam. Gündə iki dəfə olmaqla məşqlərə çıxırıq. Artıq üç yoldaşlıq görüşündə gücümüzü yoxlamışıq. Bu gündə sonuncu yoldaşlıq oyununa çıxacayıq. Komandanın düşərgəsinə hər gün baxışa yeni futbolçular gəlirdi. Hazırda heyətin formalaşdırılmasına çalışılır. Düşünürəm ki, bu komandanın daha yaxşı olması üçün vaxt lazımdır. Toplanışda bircə problemimiz yağışlar idi. Bu səbəbdən meydançalarda məşq etmək çox ağır olurdu. Xüsusən ilk günlər daha çox taktiki və fiziki hazırlıqlı təlimlərə çıxırdıq. Qalan hər şey qaydasındadır. Təlim-məşq toplanışımız professional şəkildə təşkil olunub.
- Bu mövsüm “Simurq”un azərkeşləri səndən necə oyun gözləsinlər?
- Onlara söz verə bilərəm ki, forma geydiyim bütün qarşılaşmalarda komandamızın qələbəsi üçün əlimdən gələni etməyə çalışacam. Sona qədər mübarizə aparacam. Fikrimcə, biz komanda olaraq yaxşı oyunumuzla azerkeşlərimizi tribunalara səsləməliyik. Mən də meydanın onlarla dolu olmasını çox xoşlayıram. İnanıram ki, gözəl oyunlarla qələbələr əldə edəcəyik və bu sevinci azərkeşlərimizlə yaşayacayıq.
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib