2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi (LOGOC) Azərbaycan nümayəndə heyətindən rəsmi qaydada üzr istəyib. Bu haqda Lent.az-a London olimpiadasında Azərbaycanın şef de-missionu İlham Mədətov məlumat verib.
İ.Mədətovun sözlərinə görə, LOGOC Rusiya olimpiya yığmasında yer alan erməni əsilli boksçu David Ayrapetyanın doğum yeri Bakı şəhərinin səhvən Rusiya ərazisi kimi göstərildiyini anlayıb. Bununla əlaqədar Azərbaycan nümayəndə heyətinə məktub göndərən Təşkilat Komitəsi üzrxahlığını çatdırıb. Eyni zamanda “www.london2012.com” saytında Azərbaycanla bağlı məlumatlardakı səhvlərin düzəldiləcəyinə söz verilib: “Hazırda bu istiqamətdə iş gedir”.
Qeyd edək ki, 49 kq çəki dərəcəsində çıxış edən David Ayrapetyan 26 sentyabr 1983-cü ildə Bakıda doğulub. O, Ermənistanla Azərbaycan arasındakı münaqişənin başladığı illərdə Rusiyaya köçüb. “www.london2012.com” saytında həm də Azərbaycanın müstəqil ölkə kimi ilk qızıl medalı guya 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı yazılıb. Üstəlik, qızıl medal sahibi Elnur Məmmədlinin soyadı “Memmedi” kimi göstərilib. Digər cüdoçumuz Nazim Hüseynov 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında MDB yığmasının tərkibində çempion olduğu halda, saytda onun 1996-cı il Atlanta olimpiadasında qızıl medala sahib olduğu əksini tapıb. Nəhayət, Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəyovun soyadı “GADJIBECOV” kimi göstərilib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı